Təkrarlanan uşaq salmalar. Düşüklər

Paylaşılma vaxtı: 17 May 2020
Digər paylaşımlar
Usaq salmalar. Dusukler

Təkrarlanan uşaq salmalar, düşüklər nədir?

Aşkar edilən bütün hamiləliklərdə və ya uşaq salma ilə nəticələnməklə yanaşı əvvəllər canlı doğuş keçirməmiş və 2 və ya daha çox hamiləlik itkisi ilə qarşılaşan qadınlarda bu ehtimal 40 faizə yaxındır. Təkrarlanan uşaq salmalar ənənəvi olaraq 3 və daha çox ardıcıl hamiləliyin itirilməsi halı kimi müəyyənləşdirilsə də, xüsusilə sonsuzluq müalicəsindən sonra əldə edilən iki hamiləliyin itirilməsi zəruri araşdırmalara başlamaq üçün yetərli hesab olunur. Ümumilikdə cəmiyyətdəki qadınların 1%-i təkrarlanan uşaq salma problemi ilə qarşılaşır.Təkrlanan uşaq salmalara anatomik, genetik, hormonal, mikrob və ətraf mühit amillərin və ya immun sistemi və laxtalanma sistemindəki pozuntuların səbəb ola biləcəyi irəli sürülmüş və araşdırılmışdır.

Məlumdur ki, uşaqlıqdakı anadangəlmə deformasiyalar (məsələn, septum, cüt uşaqlıq), həmçinin mioma və poliplər kimi sonradan qazanılmış xəstəliklər və xüsusilə abortdan sonra inkişaf edə bilən uşaqlıq daxili yapışıqlıqların embrionların məskunlaşmasına, inkişaf etməsinə və ya yetərli şəkildə qanlanmasına mane olması hamiləliyin itirilməsinə səbəb ola bilər. Bu problemlərin ultrasəs və histeroskopiyadan istifadə edilərək aşkarlanması və lazimi cərrahi prosedurlarla aradan qaldırılması mümkündür.

Genetik faktor roy oynaya bilər.

Hamilələyin erkən itirilməsinin 50% səbəbi genetik problemlərdir. Genetik problemlərin əksəriyyəti ana və ya atadan ötürülmür, hamiləlik dövründə döldə yaranır. Bununla yanaşı təkrarlanan uşaq salmaların 2-4% -i irsi qüsurlardan qaynaqlanır.

Balanslı translokasiyalar (xromosomun quruluş pozğunluğu) ən çox rast gəlinən  anomaliyalardır. Daha sonra mikrodelesiyalar, Robert translokasiyası və xromosomun quruluş qüsurları gəlir. Düşmə materialının və ailənin genetik müayinəsi diaqnozda kömək edə və təkrarlanma ehtimalı haqqında məlumat verə bilər.

Tekrarlanan usaq salmalar

Yanaşı xəstəliklər düşüklərə səbəb ola bilir.

Nəzarətsiz diabet, tiroid xəstəlikləri və ya qadınlarda digər sistem xəstəlikləri yumurtanın inkişafına və endometrial inkişafına mane olaraq hamilələliyin itirilməsinə səbəb ola bilər. Hamiləlikdən öncə hər bir qadının klinik vəziyyətinə görə zəruri müayinələrin aparılması və hamiləlikdən öncə bu problemlərin aradan qaldırılması və ya nəzarət altına alınması hamiləlik nəticələrini yaxşılaşıdıra bilər.

İmmun sistemin uşaq salmalar zamanı rolu

Embrionun atadan qaynaqlanan antigenlərinin ananın immun sistemi tərəfindən yad olaraq qəbul edilib hamiləliyin məhv edilməsinin qarşısını almaq üçün hamiləlik dövründə ananın immun sistemində bəzi dəyişikliklərin baş verdiyi hesab edilir. Uşaqlıqda yerləşən trofoblastların immun sistemini stimullaşdıran MHC II antigenləri ifraz etməməsi və ya atadan qaynaqlanan antigenləri örtərək ananın immun sistemi ilə təmasına mane olan antikorların inkişafı kimi. Hamiləlik dövründə ananın immun sistemində dəyişikliklər edən bir çox maddə ifraz olunur. Bəziləri hamiləliyin xeyrinə təsir göstərir (məsələn, Th2, Il-3, Il-4, Il-5, Il-10, Il-13) və bəziləri hamiləlik üçün zərərli ola bilər. Xüsusilə Th1 sitokinlərinin plasentaya birbaşa zərər verəcəyi hesab edilir. Reproduktiv problemləri olan qadınların qanında təbii qatil hüceyrələrinin səviyyəsinin yüksək olduğu göstərilsə də, onların hamiləliyin itirilməsində rolu hələ də mübahisəlidir. Nəticədə, erkən hamiləlikdə immun sisteminin vəziyyəti tam aydınlaşdırılmadığından və hazırkı dövrdə bununla bağlı mümkün problemlər üçün effektiv müalicə olmadığından immun sistemi analizlərinin verilməsi tövsiyə edilmir. Atanın və ya üçüncü şəxslərin leykositləri ilə peyvənd və ya venadaxili qamma qlobulin (IvIG) müalicələri keçmişdən günümüzədək sınaqdan keçirilən müalicə üsulları olmaqla yanaşı geniş miqyaslı tədqiqatlarda heç bir müsbət nəticə göstərməmişdir. Bu səbəblə Amerika Birləşmiş Ştatları və Avropadakı reproduktiv tibb dərnəkləri müntəzəm aralıqla analiz və müayinələrin aparılmasını dəstəkləmir.

Düşüklər zamanı qan xəstəlikləri

Laxtalanma və fibrinoliz (əmələ gələn laxtaların əridilməsi) insan bədənində eyni vaxtda baş verən proseslərdir. Bu proseslərin arasında sağlam balansın olması həm həddindən artıq laxtalanma (tromboz), həm də qanaxmanın qarşısını alır. Laxtalanma lehinə balansı pozan müxtəlif anadangəlmə və qazanılmış qüsurlar mövcuddur. Hamiləlik dövründə laxtalanmaya meyl plasental damarların tıxanmasına və uşaq salmalalara səbəb ola bilər. Faktor V Leiden mutasiyası, protrombin gen mutasiyası və hiperhomosisteinemiya ən çox rast gəlinən anadangəlmə qüsurlardır.

Daha az rast gəlinənlər protein C, protein S və antitrombin III çatışmazlıqlarıdır. Hamiləliyin itirilməsi və hamiləlik dövründə inkişafın geriləməsi, erkən doğuş kimi problemlərə səbəb ola biləcək laxtalanma meylinin artması ilə müşaiyət olunan başqa bir xəstəlik Antifosfolipid sindromudur. Bu hallar üçün lazımi müayinələrin aparılmasından və diaqnozun qoyulmasından sonra hamiləlik dövründə bəzi qan durulducu maddələrlə hamiləlik nəticələri yaxşılaşdırıla bilər.

İnfeksiyalar uşaq salma səbəbi ola bilərmi?

İnfeksion təsirlər ilə erkən hamiləlik itkiləri arasındakı əlaqə olduqca zəifdir və təkrarlanan uşaq salmalara səbəb olduğu göstərilməmişdir. Ancaq mümkün bir hamiləlik davam edərsə, yarana biləcək zərərlərin qarşısını almaq üçün analizlərin aparılması və lazimi olduqda müalicə edilməsi hesaba alına bilər.

Bundan əlavə, həddidən artıq çox və ya az çəki hamilə qalma ehtimalını azaldır. Bədən kütləsi indeksi 19 – 25 kq/m2 aralığından az və ya çox olan qadınlar kifayət qədər fol turşusu ehtiva edən balanslı bir pəhriz ilə normal bədən çəkisinə çatdıqdan sonra hamilə qalmağa çalışsalar daha yaxşıdır. Siqaret, kofein və alkoqol istifadəsinin hamiləliyin itirilməsi ilə əlaqəsi olduğundan istifadə olunmamalıdır. İstifadə olunan dərmanlara baxılmalı və uyğun olmayan dərmalar dəyişdirilməlidir.

Yazının müəllifi
Firuze Ceferzade ginekoloq

Dr. Firuzə Cəfərzadə

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.
Oxşar yazılar