Sonsuzluq testi

Cinsi baxımdan aktiv olan və hər hansı hamiləlikdən qorunma üsulundan istifadə etməyən cütlüyün 1 il ərzində hamiləliyə nail olmaması halı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən sonsuzluq olaraq müəyyən edilmişdir. Qorunmadan nizamlı olaraq cinsi əlaqədə olmasına baxmayaraq hamilələyin baş verməməsi halında sonsuzluq diaqnozu qoymaq və sonsuzluğa səbəb olan amili müəyyən etmək üçün sonsuzluq testi adlandırılan bir neçə hərtərəfli müayinə proseduru aparılır. Aparılan prosedurlar nəticəsində müəyyən edilən problemə uyğun müalicə üsulları planlaşdırılır.
Aparılan tədqiqatlar göstərmişdir ki, sonsuzluq problemi 1/3 nisbətdə kişilərdən, 1/3 nisbətdə qadınlardan və 1/3 nisbətdə hər iki partnyordan qaynaqlanır. Başqa sözlə, aparılan analiz və prosedurlar bu nisbətlər nəzərə alınmaqla aparılmalıdır. Kişilərdə sonsuqluz testini nisbətən daha asan aparmaq mümkün olduğundan, sonsuzluğun təyini zamanı ilk olaraq kişilər müayinə olunur.
