Qadınlarda sonsuzluğun səbəbləri və müalicəsi
Şübhəsiz ki, hər qadın ailə qurmaq və uşaq sahibi olmaq istəyir. Körpəsini qucağına almaq və ana olmaq hissini yaşamaq istəyir. Təəssüf ki, bu gün hər 100 cütdən 15-i sonsuzluq problemi ilə üzləşir.
Müasir texnologiyanın üstünlüklərindən yararlanmaqla artıq bütün sonsuzluq problemlərinin həlli mümkündür. Təəssüf ki, erkən menopauz diaqnozu qoyulan bir qadının və ya sperma hüceyrəsi olmayan bir kişinin süni mayalandırma müalicəsinə müraciət etmək səyləri nəticəsizdir. Digər sonsuzluq hallarında, təbii üsullarla uşaq sahibi olmaq şansı çox aşağı olan xəstələrdə süni mayalandırma müalicəsinin tətbiqinin böyük ehtimalla müsbət nəticələnəcəyini deyə bilərik. Bir şəxsə sonsuz diaqnozu qoyulması üçün bir çox test və müayinələlər aparılmalıdır və bu proses uzun çəkir. Tədqiqatlar göstərir ki, bir insanda birdən çox sonsuzluğa səbəb ola biləcək problem ola bilər, digər tərəfdən insanların 15% -də sonsuzluğun səbəbinini müəyyən etmək mümkün deyil.
Qadınlarda sonsuzluğun ən vacib səbəbləri arasında yumurtlama pozğunluqları, endometrioz və boruların zədəli və ya tıxalı olması yer alır.
Ovulyasiya pozğunluqları:
Qadınlarda sonsuzluğun ən çox yayılmış səbəblərindən biri yumurtlama pozğunluqlarıdır. Döllənmə və hamiləlik yumurtlama olmadan (yumurtanı yumurtalıqdan xaricə atılması) baş verə bilməz. Ovulyasiya pozğunluğu yumurtalamanın heç olmaması və ya nizamsız və seyrək olması deməkdir. Bundan əlavə, menstruasiyanın gec-gec və ya heç baş vermədiyi hallarda çox zaman ovulyasiya pozğunluğu problemi ortaya çıxır. Eyni zamanda ovulyasiya pozğunluqlarına menstruasiya tamamilə nizamlı aralıqlarla baş verdiyi hallarda da rast gəlmək olar.
Ovulyasiya pozğunluqlarını üç əsas qrupa qruplaşdırmaq olar.
Yumurtalıqlarda yumurta istehsalını stimullaşdıran hormonlar anadangəlmə çatışmazlıq səbəbindən hipofizdən ifraz oluna bilmir: Bu halda, yetkinlik yaşından bəri qadınlarda menstrual qanaxma olmur.
Süd hormonu olan prolaktinin insanın beyinində olan hipofiz həddindən artıq ifraz edilməsi: Bunun əsasən bu sahədə xoşxassəli şişin olmasından qaynaqlanmasına baxmayaraq, bəzən heç bir səbəb tapılmır. Xoşxassəli şişlər cərrahi yolla götürülə bilər. Səbəb bəlli olmadığı hallarda müxtəlif dərman müalicələri ilə prolaktin səviyyəsini aşağı salmaqla ovulyasiya normallaşdırıla bilər.
Polikistik yumurtalıq sindromu:
Bu xəstəlikdə adətən menustrasiya nizamsız və gec-gec baş verir (ildə 3-4 dəfə). Bəzi xəstələrdə menstruasiya heç baş vermir, digərlərində isə tamamilə normal ola bilər. Xəstələr çox vaxt yavaş-yavaş piylənirlər. Xəstənin dərisində və saçında yağlılıq və sızanaq kimi problemlərinə də tez-tez rast gəlinir. Yumurtalıqlarda normadan artıq yumurta sayı varsa, onlar kişi hormonu ifraz edir və beləliklə normal yumurtanın inkişafına mane olur.
Boruların zədələnməsi və tıxanması:
Boruların bir hissəsinin və ya hamısının tıxanması sperma və yumurtanın qarşılaşmasına mane olur və mayalanma və hamiləliyə mənfi təsir göstərir.Boruların bu şəkildə zədələnməsi əməliyyatdan sonra qalan infeksiya, endometrioz və ya qarın içi yapışmalar kimi müxtəlif səbəblərdən baş verə bilər. Borular ektopik hamiləlik səbəbindən də zədələnə bilər. İnkişaf etmiş ölkələrdə cinsi yolla keçən infeksiyalar boruların zədələnməsinin əsas səbəbidir. Ölkəmizdə uşaqlıq vaxtı yoluxulan vərəm mikrobu boruları bərpa olunmayacaq şəkildə zədələyir.
Uşaqlıq ağzından (yəni uşaqlıq boynundan) qaynaqlanan problemlər:
Uşaqlıq ağzında quruluş, yoluxucu və ya selikli qişa (mukus) pozğunluqları da sonsuzluğa səbəb ola bilər. Uşaqlıq ağzından ifraz olunan selik spermanın uşaqlıq boşluğuna nəqlini asanlaşdırır. Estrogen və progesteron hormonlarının təsiri altında menustrasiya zamanı selikli qişanın miqdarı və keyfiyyəti dəyişir. Yəni bu hormonlar arasında nisbət pozularsa spermin keçiriciliyi pisləşir v hamiləlik baş verməsi çətinləşir.Xoşxassəli şişlər -məsələn polip , uşaqlıq boynu mioması kimi əlavələr də sperm keçiriciliyini pozmaqla hamiləliyə mane ola bilir .Uşaqlıq boynunda olunan hər hansı cərrahi müdaxilələr həmçinin ehtiyatsız eroziya yandırılması kimi prosedurlar sonsuzluğa səbəb olan amillər arasındadır.
Allergik səbəblər:
Allergik səbəblər sonsuzluğun səbəbi ola bilər, ancaq onların diaqnozu və müalicəsi çox çətindir. Spermalarda və ya selikli qişada müxtəlif allergik səbəblər ola bilər. Bu allergik şərtlərə antisperm antikorları deyilir. Müalicənin effektivliyi məlum deyil və müalicə olunan və ya olmayanlarda hamiləlik nisbəti çox fərqli deyil. Buna görə də onun müalicəsinin zəruriliyi mübahisəlidir.