Sonsuzluğun psixoloji aspektləri

Paylaşılma vaxtı: 17 May 2020
Digər paylaşımlar

Sonsuzluq psixologiyası

Sonsuzluğun diaqnozu və müalicəsində psixoloji dəstək: Sonsuzluqdan müalicə olunan cütlüklərin əksəriyyəti uşaq sahibi olmaq məqsədilə alınan müalicəsini həm fiziki, həm də emosional cəhətdən böyük fədakarlıq tələb edən hal olaraq müəyyən edirlər. Bu səbəblə müalicə dövründə cütlüklərin fiziki baxımdan olduğu kimi psixoloji baxımdan da müalicəyə hazırlanması vacibdir. Cütlərin psixoloji ehtiyaclarını və gözləntilərini ifadə edə biləcəyi uyğun bir mühitin yaradılması müalicənin bütövlüyü və effektivliyi üçün faydalıdır. Uşaq sahibi olmaq ilə bağlı yaşanan problemlər cütlüyə spesifik hal olmasına baxmayaraq, sosial gözləntilərin mövzu ilə bağlı qərar qəbul etmədə müəyyənedici amil olduğu müşahidə olunur. Cütlüklər bu dövrdə yaşadıqları təcrübələri yaxın ətrafı ilə bölüşməkdən çəkinir. Müalicə müddətində bir çox analiz və müayinələrlə bağlı qərarların qəbul edilməsi, vəziyyətin maliyyə tərəfi, uşaq sahibi olmaqla bağlı qeyri-müəyyənlik, ətraf mühit amilləri cütlərin psixoloji olaraq həssas olmasına səbəb ola bilər. Gözləntilərin ümidlə ümidsizliyin sərhədində olması və aparılan müayinələrin nəticələrinə görə bu gözləntilərin asanlıqla dəyişə bilməsi narahatlıq, qorxu, qəzəb, xoşbəxtlik və sevinc kimi müxtəlif duyğuların yaşanmasına səbəb olur.

Müalicə prosesinin psixoloji təsirləri nələrdir?

Fərdin şəxsi keyfiyyətləri, həyata baxışı, fərdin sonsuzluq problemini necə qəbul etməsi, xüsusən uşaq sahibi olmağın onun üçün nə məna dərketməsi müalicə prosesinin ümumi əhval-ruhiyyəyə təsirini müəyyənləşdirir. Bundan əlavə, ailə quruluşu, həyat yoldaşı ilə münasibətlər və sosial mühit ətraf mühit amillərini təşkil edir. Psixoloji təsirlərin quruluşunu müəyyən edən vacib amillərdən biri uşaq sahibi ola bilmənin fiziki səbəbləri müəyyən edildikdən sonra partnyorlardan birinin özünü “problem” mənbəyi kimi qəbul etməsidir.

Stressin həyat üzərində təsirini nəzərə alaraq sonsuzluq problemi ilə sıx əlaqəli olduğu düşünülsə də, tədqiqatlar göstərir ki, stresin sonsuzluğa birbaşa təsiri yoxdur. Digər tərəfdən, eyni araşdırmalar sonsuzluq probleminin stresə səbəb ola biləcəyini göstərir. Sonsuzluğun diaqnozundan asılı olaraq stress xroniki olaraq da yaşana bilər, eyni zamanda müalicə zamanı analiz və müayinələrin nəticələrinə görə qısa müddətli stress mümkündür. Xüsusilə, müalicəsi bir dəfədən çox təkrarlanan cütlüklərdə stress dərəcələrinin daha yüksək olduğu aşkar edilmişdir.

Sonsuzluğun mənasının uğursuz cəhdlərlə gücləndirildiyi hallarda cütlərin daxili dünyasında itki hissinə yaxın hissələrin yaşadığı müşahidə olunur. Qarşılıqlı şəkildə yaşanan bu duyğuları partnyorların bir-biril ilə paylaşmaması onların zamanla keçiridikləri qəzəb, qorxu, narahatlıq və ya inciklikləri ilə baş-başa qalmasına gətirib çıxarır.

Müalicə müddətində fiziki müdaxilələr və müayinələr zamanı fərdlərə təsir edən ən vacib məqamlardan biri də “gözləmə” və bu prosesin yaratdığı “qeyri-müəyyənlik” hissidir. Gözləmək və qeyri-müəyyənlik ümidlə yanaşı ümidsizliyi də yaradır. Hər uğurlu nəticə uşaq sahibi olmaqla bağlı müsbət bir işığın yaranmasına səbəb olsa da, mənfi bir müayinə nəticəsi insana əks təsir göstərə bilər. Xüsusilə gözləmə dövründə psixoloji dəstəyin alınması bu dövrün daha rahat keçirilməsinə kömək edir.

Nə vaxt psixoloji dəstək almalıdır?

Sonsuzluqdan müalicə olunan hər bir cütün müalicə dövründə özünü emosional baxımdan yaxşı və ya pis hiss etdikləri vaxtlar ola bilər. Vaxtaşırı narahatlıq və həyəcan hissi keçirmək təbii olsa da, aşağıda sadalanan əlamətlər uzun müddət hiss edildikdə və ya həyat keyfiyyətinə təsir göstərdikdə bununla bağlı peşəkar dəstək alınmalıdır:

  • Gündəlik işlərə laqeydlik və həvəssizlik
  • Davamlı olaraq özünü dəyərsiz, ümidsiz və çarəsiz hiss etmək
  • Özünü “problem” olaraq görmə ilə yaranan özünü günahkar hiss etmək duyğusu.
  • Ətraf mühitin təzyiqi ilə hiss edilən şiddətli uğursuzluq, dəyərsizlik hissi
  • Ətraf mühitlə ünsiyyət problemlərinin artması
  • Sonsuzluqdan başqa bir şey haqqında düşünə bilməmək
  • Ər-arvad arasında ünsiyyətin minimuma səviyyə endirilməsi
  • Müalicə üçün həddindən artıq narahatlıq
  • Diqqəti cəmləmə, unutqanlıq problemləri
  • Yuxu rejimində dəyişiklik
  • Qidalanma rejimində dəyişiklik (adət etdiyinizdən daha az və ya çox)
  • Alkoqoldan istifadənin artması
  • Ölüm və ya intihar barədə düşüncələr
  • Sosial münasibətlərdən uzaqlaşma
  • Davamlı pessimizm, dəyərsizlik hissi
  • Davamlı qəzəb və ya özünə yazığı gəlmə hissi

Partnyorunuzun və ya sizin yuxarıdakı əlamətlər səbəbindən funksionallığı azala bilər və peşəkar kömək istəməkdə tərəddüd edə bilərsiniz, bu halda siz və yaxınlarınız tərəfindən psixoloji dəstək göstərilməlidir.

Psixoloji sonsuzluq üçün müalicə və dəstək mənə necə kömək edəcək?

Müalicə dövründə alınan peşəkar yardım tətbiq olunan prosedurların yaratdığı psixoloji və fizioloji dəyişikliklərin öhdəsindən gəlmək üçün cütləri dəstəkləyən bir mühit yaradır. Prosesdə qəbul edilən qərarların fərdin daxili dünyasına təsirini aşkar etmək və müalicəyə uyğunluğu artırmaq məqsədi daşıyır. Psixoloji dəstək və müalicə övlad sahibi olmaq ilə əlaqəli partynorlar arasında yaranan problemlərin həllində, xüsusən müalicənin dönüş nöqtəsi olan qərarların qəbul edilməsi zamanı ehtiyac və gözləntilərin müəyyən edilməsində kömək edə bilər.

Fərdin ətrafından gələn reaksiyalara ən çox həssas olduğu və diqqəti övlad sahibi olmağa cəmləşdirildiyi bu dövrdə onun ətraf mühitlə qarşılıqlı əlaqəsi əhəmiyyət kəsb edir. Bu dövrdə yalnız partnyorlar arasındakı əlaqə deyil, eyni zamanda yaxın ətrafla sağlam ünsiyyətin qurulması da hədəflər arasındadır.

Psixoloji müalicə üsulları hansılardır?

  • Fərdi psixoterapiya və dəstək

Fərdin özünə aid bir mühitə ehtiyacı olduğu hallarda fərdi psixoterapiya hiss və düşüncələrin, xüsusən də “arzuolunmaz, bölüşdürülə bilməyən” hiss və düşüncələrin paylaşıldığı uyğun bir mühit yaradır. Problemləri həll etməkdən daha çox, onların öhdəsindən gəlmək üçün psixoloji dəstək verir.

  • Qrup şəklində psixoterapiya və dəstək

Bu, cütlərin övlad sahibi olmamaları ilə bağlı hiss və düşüncələrini və müalicə müddətində yaşadıqlarını bölüşmələri üçün etibarlı mühit yaradır. Qrupun yaradacağı dəstək, eyni zamanda ətraf mühitin təzyiqi ilə mübarizə metodlarınının paylaşılması emosional və fiziki cəhətdən fərd üçün çətin olan bu dövrdə onun yalnız olmadığı hissini aşılamağı hədəfləyir.

Yazının müəllifi
Firuze Ceferzade ginekoloq

Dr. Firuzə Cəfərzadə

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.
Oxşar yazılar