Endometrioz nədir və əlamətləri
Uşaqlığın daxili səthini örtən toxumanın uşaqlıqdan kənara yayılmasına endometrioz deyilir. Endometrioza ən çox uşaqlıq bağlarında rast gəlinir. Digər ən çox rast gəlinən sahələr uşaqlığın cismi borular və yumurtalıqlardır. Endometrioid toxuma haraya yayılmağından asılı olmayaraq uşaqlıq daxilini örtən toxuma kim hormanlara həssasdır və menustrasiya zamanı qanayır. Qarın boşluğunda yaranan bu kiçik qanaxmalar vaxt keçdikcə iltihablaşır və yapışmalara səbəb olur. Endometrioz yumurtalıqlarda yerləşdikdə endometrioid kistanın meydana gəlməsinə də səbəb ola bilər. Bu kistalar endometrioma adlanır.
Endometriozun ən əsas əlamətləri aybaşıdan əvvəl və sonrakı ağrı, cinsi əlaqə zamanı və ya sonrakı ağrı, nizamsız aralıqla baş verən şiddətli menstruasiya və sonsuzluqdur. Digər daha az görülən əlamətlər yorğunluq, menstruasiya zamanı bağırsaq hərəkətlərinin kəskinləşməsi və ishal, qəbzlik kimi digər həzm sistemlərinə bağlı müxtəlif əlamətlərdir. Bunlardan başqa bəzi qadınlarda endometrioz əlamətləri özünü büruzə vermir. Endometriozi olan qadınların təxminən 50 faizinin uşaq sahibi olması üçün müalicə tələb olunur. Sonsuzluq problemi ilə müraciət edən qadınların 25% -də endometrioz aşkar edilir.