“Borular tıxanırsa və sperma yoxdursa, süni mayalanma yeganə həlldir”

Paylaşılma vaxtı: 28 İyul 2020
Sonsuzluğun müalicəsi

Bəzi xəstələr bilavasitə IVF namizədi kimi qiymətləndirilir. Bunlar hər iki borusu tıxanmış qadınlar və sperma sayı çox aşağı olan və ya heç olmayan kişilərdir. Bundan əlavə, müəyyən müalicə mərhələlərini keçmələrinə baxmayaraq, hamiləlik əldə edə bilməyən və ya yaş amilinə görə vaxt itirmək istəməyən cütlüklər də süni mayalandırma müalicəsinə yönləndirilir.

Süni mayalanma tarixi

Süni mayalanma müalicəsi ilk dəfə icad edildikdə, ciddi kişi sonsuzluğu xəstələrindən başqa xəstələrə bu müalicə tətbiq edilirdi. Süni mayalanma müalicəsində, xüsusilə sperma sayı və hərəkətləri müəyyən dəyərlərdən yüksək olmalıdır. Qadından alınan yumurtalara müəyyən sayda sperma buraxılır və yumurtanın mayalanması gözlənilir. Ancaq sperma sayı çox aşağı olan və inkişaf etmiş səviyyədə sperma hərəkət qüsuru olan insanlarda, klassik süni mayalanma üsulu ilə mayalanma nisbəti çox aşağı olur və ya heç olmur. Lakin 1992-ci ildə mikroinyeksiya metodunun inkişafı ilə ciddi kişi sonsuzluğu hallarında hamiləliyin əldə edilməsi mümkün oldu. Bu metodda hər yumurtaya xüsusi bir mikroinyeksiya iynəsi ilə bir sperma inyeksiya edilərək mayalanma əldə edilə bilər.

Bu xəstələrdə sperma testislərdən (kişiyə aid yumurtalıqlarından) cərrahi yolla əldə edilə bilər. Mikroisseksiya TESE metodu ilə xəstələrin orta hesabla 55-60 faizi sperma əldə edə bilər. Xəstədən çox az sperma əldə edilsə də, hamiləlik şansı var.

Müalicəyə baxmayaraq hamiləlik əldə edilmədikdə və anatomik pozğunluqlar olmadıqda, xəstələrdə bəzi alternativlər nəzərdən keçirilə bilər. Bu metodların effektivliyi 100 faiz sübut olunmasa da, təkrarlanan süni mayalanma uğursuzluqlarına alternativ olaraq istifadə edilə bilər. Bu üsullardan ən əhəmiyyətlisi PGT adlanan İmplantasiya Öncəsi Genetik Diaqnoz/Müayinə üsulu, “Endometrial Coculture” adlanan uşaqlıq daxili toxuma mədəniyyəti texnikası və köçürüldükdən sonra qan durulaşdırma iynələrindən istifadə üsullarıdır.
“Genetik diaqnoz ilə sağlam körpələr doğulur”.

PGT adlanan İmplantasiya Öncəsi Genetik Diaqnoz/Müayinə üsulu irsi xəstəlik daşıyan və ya daşıma riski olan insanlar üçün lazımdır. Bundan əlavə, qohum evliliyi nəticəsində qüsurlu doğuş həyata keçirən cütlüklərdə, zərərli amil teratogenlə qarşılaşanlarda, təkrarən hamilələyin vaxtından əvvəl sonlanması və düşmə yaşayan xəstələrdə, təkrarlanan IVF uğursuzluqları, ana olma yaşının keçməsi (37 yaşdan yuxarı) və gec yaşda ana olma hallarında və bəzi sonsuzluq diaqnozu qoyulan xəstələrdə (kişi və qadın sonsuzluğu) genetik diaqnoz qoyulmalıdır.

Genetik diaqnoz sayəsində artıq hamilə qalmadan genetik diaqnozun qoyulması və sağlam körpənin dünyaya gəlməsi mümkündür. Son illərdə genetika elminin inkişafı hamiləlik baş vermədən öncə IVF üsulları ilə in vitroda inkişaf etmiş embrionlarda genetik müayinə aparılmasına və seçilmiş sağlam embrionları ana namizədin uşaqlığına yerləşdirməyə imkan verir.

Bu gün PGT riskli hamiləliklərdə hamilə qalmadan əvvəl həyata keçirilir və gələcəkdə meydana çıxa biləcək ciddi psixoloji, sosial və tibbi problemlərin qarşısı alınır. Genetik Diaqnoz Metodu IVF müalicəsi tətbiq edilən cütlüklərdə aparılır. Müalicə nəticəsində yumurta böyüdülür və toplanır. Sperma ilə döllənmiş hər yumurta 3 gün laboratoriyada saxlanılır. Bunlardan götürülmüş hüceyrələr qabaqcıl molekulyar və sitogenetik laboratoriyada müayinə olunur. Sürətli nəticə əldə edilən analizlər (FISH) aparılır. Ertəsi gün yalnız nəticələri sağlam olan embrionlar ana namizədə köçürülür. Beləliklə, ana namizəd hamiləliyin əvvəlində genetik cəhətdən sağlam embriona sahib olur.

Hamiləlikdən əvvəl genetik diaqnoz hamiləlik şansını artırır və düşmə şansını azaldır. Ailələrin sağlam övladlara sahib olmasını təmin edir. Ailə hamiləliyin sona çatması səbəbindən tibbi və psixoloji travmalardan qorunur. Hamiləlik dövründə tələb olunacaq kordosintez, amniosintez kimi müdaxilələrə ehtiyac yoxdur və hamiləliyin stresi aradan qalxır.

Yazının müəllifi
Firuze Ceferzade ginekoloq

Dr. Firuzə Cəfərzadə

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.
Oxşar yazılar