Qadınlarda sonsuzluğun əlamətləri hansılardır?

Reproduktiv funksiyanın yerinə yetirilə bilməməsi kimi özünü büruzə verən sonsuzluq tibb dilində infertilitə adlanır. İnfertilitə ən az 1 il ərzində heç bir qorunmasız davamlı cinsi əlaqəyə baxmayaraq hamilə qala bilməmə vəziyyəti kimi müəyyən edilir. Sonsuzluğun səbəbləri qadından asılı, kişidən asılı və izah edilə bilməyən sonsuzluq kimi 3 əsas qrupa bölünür. Sonsuzluğun səbəbini müəyyən etmək müalicə prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır. Qadın sonsuzluğunun səbəbləri və əlamətləri haqqında öyrənmək istəyirsinizsə, məqaləmizi oxuyun.
İnfertilitənin səbəbləri hansılardır?
Qorumasız davamlı cinsi əlaqənin bir illik dövrünün sonunda qadınların 80%-i ilk 6 ay ərzində, yerdə qalanların isə sadəcə 10%-i növbəti 6 ay ərzində hamilə qala bilər. Bununla belə, sosial quruluşda meydana gələn bəzi dəyişikliklər reproduktiv tezliyi azaldır. Bunlara əsas olaraq aşağıdakıları göstərmək olar:
- Evlilik və uşaq dünyaya gətirmə yaşının artması,
- Doğuşa nəzarət üsullarının və ailənin planlaşdırılması xidmətlərinin inkişafı;
- Qidalanma tərzimizin dəyişməsi, hormonlu qidaların istehlakı;
- Boşanma tezliyinin artması;
- Sonsuzluğa səbəb ola biləcək cinsi yolla keçən xəstəliklərin artması;
- Stressli həyat tərzi;
Qadının yaşı reproduktiv funksiyasına təsir göstərən həlledici amillərin əvvəlində gəlir. Aparılan tədqiqatlar göstərmişdir ki, doğma qabiliyyəti 20-24 yaş arasında ən yüksək səviyyədədir. 30-32 yaşına qədər azca azalan doğma qabiliyyəti 32 yaşdan sonra daha sürətlə azalır. 40 yaşından sonra bu azalma intensivləşir.
Qadınlarda sonsuzluğun səbəbləri hansılardır?
Qadınlarda sonsuzluğun səbəbləri əsasən yaş amili, yumurtlama və hormon problemləri, uşaqlıq boruları, uşaqlıq boynu və uşaqlığa aid səbəblər olaraq təsnifləşdirilə bilər.
- Toxum hüceyrə ehtiyatının azalması: Qadınlar müəyyən sayda toxum hüceyrə ehtiyatı ilə dünyaya gəlir. Vaxt keçdikcə yumurtaların sayı azalır. Yaşı keçdikdən sonra ana olmaq istəyən qadınlarda tez-tez rast gəlinən problem toxum hüceyrə ehtiyatının azalmasıdır.
- Ovulvasiya qabiliyyətinin pozulması: Sonsuzluqdan əziyyət çəkən qadınların əksəriyyətində ovulvasiya problemləri var. Nizamsız zaman aralıqları ilə menstruasiya və ya menstruasiya keçirməmə ovulyasiya pozğunluğunun bir əlaməti ola bilər. Lakin bəzən nizamlı zaman aralıqları ilə menustrasiya keçirən xəstələrdə də ovulyasiya pozğunluqlarına rast gəlmək
- Polikistozlu Yumurtalıqlar Sindromu: Bir çox qadında rast gəlinən və yumurtlama problemlərinə səbəb ola biləcək bir xəstəlikdir. Yumurtalıqlarda çox sayda kista, piylənmə, üzdə və bədəndə anormal tüklənmə, metabolik sindrom, qan şəkərinin artması və sızanaqlar ilə müşaiyət olunan polikistozlu yumurtalıq sindromu sonsuzluğa səbəb ola bilər.
- Prolaktinin (süd hormonu) həddindən artıq ifrazı: Beyindəki hipofiz vəzindən ifraz olunan bu hormonun həddindən artıq ifraz edilməsi estrogen səviyyəsini azaldır və yumurtlamaya mane olur. Müəyyən dərmanların istifadəsi prolaktinin miqdarını artıra bilər.
- Uşaqlıq və uşaqlıq ağzı ilə bağlı problemlər: Uşaqlığın selikli qişası, yəni endometriumun uşaqlıqdan kənar yerləşməsi olaraq müəyyən olunan Endometrioz (şokolad kistası) sonsuzluğa səbəb ola bilər. Bundan əlavə, miomlar, uşaqlıq ağzında quruluş pozğunluqları və infeksiyalar da sonsuzluğun səbəbi ola bilər.
- Boruların zədələnməsi və ya tıxanması: uşaqlıq borularının cinsi yolla ötürülən xlamidiya və gonoreya kimi xəstəliklər səbəbindən zədələnməsi, qarının selikli qişasında daha öncə keçirilən pelvik əməliyyatla bağlı yapışqanlıq və ya vərəmlə əlaqəli zədələnmələr uşaqlıq borularının tıxanmasına və ya disfunksiyasına səbəb ola bilər.
- Hipotalamik disfunksiya: Həddindən artıq fiziki və ya emosional stress, həddindən artıq çox və ya az bədən çəkisi, çox qısa müddət ərzində kilo vermək və ya almaq beyindən ifraz olunan və ovulvasiyanı təmin edən hormonlara təsir göstərə bilər və hətta aylıq menustrasiya dövrlərini tamamilə poza bilər. Bu da, öz növbəsində sonsuzluğa səbəb ola bilər.
- Vaxtından əvvəl yumurtalıq çatışmazlığı: Bu, 40 yaşınadək bədənin immun sisteminin öz yumurtalıqlarına hücum etməsi və zədələməsi, genetik pozğunluq səbəbiylə yumurtalıqların vaxtından əvvəl tükənməsi və ya kimyaterapiya kimi səbəblərdən yumurtalıqların zədələnməsi nəticəsində baş verə bilər.
- Səbəbi bilinməyən sonsuzluq: Bəzən bütün araşdırmalara baxmayaraq cütlükdə sonsuzluğu izah edə biləcək konkret bir amil aşkar etmək mümkün olmur. Buna səbəb kimi çox zaman hər iki tərəfin xırda problemləri göstərilir. Bəzən heç bir müalicə olmadan öz-özünə həll olunan səbəbi bilinməyən sonsuzluq əksər hallarda IVF (süni mayalanma) müalicəsini tələb
Qadın sonsuzluğu üçün risk amilləri hansılardır?
- Yaş: Yaş artdıqca yumurta ehtiyatı azalır.
- Siqaret: Siqaret çəkmək borulara və uşaqlıq boynuna zərər verir, boruların yaşlanmasına səbəb olur və uşaq salma və ektopik hamiləlik riskini artırır.
- Çəki: Həddindən artıq çox və ya az çəki yumurtlama keyfiyyətini pisləşdirir.
- Yoluxucu xəstəliklər: Qorunmasız cinsi əlaqə yolu ilə ötürülən qonoreya və xlamidiya kimi bakteriyalar yumurtalıq borularına zərər
Qadınlarda sonsuzluğa nə səbəb olur?
Müəyyən bir müddət qorumasız və davamlı cinsi əlaqədə olmasına baxmayaraq hamilə qala bilməyən qadınlar dərhal özlərinə “Mən sonsuzammı? ..” sualını verirlər. Sonsuzluq bəzi qadınlarda heç bir əlamətlə özünü büruzə vermir. “Necə bilə bilərəm ki, sonsuzam?”sualının cavabını tapmaq üçün bəzi əlamətləri izləmək faydalı ola bilər. Reproduktiv yaşda olan qadınlarda nizamsız zaman aralıqları ilə baş verən menstrual qanaxmalar ən bariz əlamətdir. İki menstrual dövr arasında müddətin 21 gündən az və ya 35 gündən çox olması yumurtlama dövründə problem olduğunu göstərir. Çox az və ya çox miqdarda qanaxma da problemin olduğunu göstərir.
Bundan əlavə, qadının dərisində həddindən artıq sızanaqların olması, həddindən artıq tüklənmə, saç tökülməsi, çəkinin sürətlə azalması və ya düşməsi, cinsi əlaqə zamanı şiddətli ağrı da sonsuzluq əlamətləri olaraq qəbul edilə bilər. Laktasiya dövründə olmadığı halda qadının döşündən südün gəlməsi sonsuzluq əlaməti ola bilər, çünki bu, prolaktin hormonunun artıqlığını
göstərir. Bu əlamətlərdən birini və ya bir neçəsini müşahidə edən və “Qadın sonsuzluğunun səbəbləri nələrdir?” sualına daha ətraflı cavab axtaran qadınlar həkimə müraciət etməlidir
