Qadınlarda sonsuzluq necə müalicə olunur?

Qadın sonsuzluğu sadə səbəblərdən qaynaqlandıqda, normal üsullarla hamilə qalmaq mümkündür. Yəni qadının ovulyasiya problemi varsa, uşaqlıqda bərpa edilə biləcək quruluş pozuntusu varsa və ya borulardan biri bağlıdırsa, qadın normal üsullarla hamilə qala bilər. Bu cür xəstələrdə əvvəlcə yumurtlama prosesi izlənilir. Ağızdan və ya iynə şəklində yumurtlama dərmanları verilir. Kişinin sperması yaxşı olarsa, müəyyən edilən gündə həyat yoldaşı ilə əlaqədə olması bildirilir. Əgər kişinin spermasında cüzi pozulma varsa, kişinin sperma hüceyrəsi yuyulur
və sağlam sperma qadının uşaqlığına yeridilir
Hormon müalicəsi
Süd hormonu yüksək olan və ya zob problemləri olan qadınlara mütləq hormon müalicəsi tətbiq edilib problem aradan qaldırılmalıdır.
Cərrahi əməliyyatlar
Uşaqlıq daxili deformasiya, miomlar, poliplər və ya yapışqanlıqlar varsa, cərrahi əməliyyatla bu xəstəliklər müalicə olunur və qadının hamilə qalması təmin edilir.
Qadında şokolad kistası xəstəliyi varsa və ağrılı keçirsə, cərrahi əməliyyat aparılır və şokolad kisti götürülür və qadın hamilə qalır.
Əgər bu üsullar uğursuz olarsa, süni mayalanma müalicəsi tətbiq edilir.
Qadın sonsuzluğunun səbəbləri hansılardır?
Sonsuzluq bir ilə ərzində normal cütlyüyn nizamlı şəkildə cinsi əlaqədə olmasına baxmayaraq hamilə qala bilməməsi halı kimi müəyyən edilir.
