Stress və sonsuzluq

Paylaşılma vaxtı: 17 May 2020
Digər paylaşımlar
Stress və sonsuzluq

Stress bir insanın hər hansı bir hadisəni qorxulu və ya təhlükəli olaraq qəbul etdiyi bir vəziyyət olaraq müəyyən edilə bilər. Stress nəticəsində bədəndəki müəyyən orqanların fəaliyyəti artır. Bu hərəkətlilik böyrəküstü vəzilərdən ifraz olunan hormonların sinir sisteminə yayılmasıyla meydana çıxır. Kəskin stress ürək döyüntüsünün artması, qan təzyiqi və tənəffüsün sürətlənməsi, eyni zamanda üzdə solğun ifadənin və əllərdə tərlənmənin yaranmasına səbəb ola bilər.Xroniki stress isə depresiyaya, immun sistemində dəyişikliklərə və yuxu pozğunluqlarına səbəb olur.

Stress sonsuzluğa səbəb olurmu?

Sonsuzluğun yüksək stresli təcrübə olmasına baxmayaraq, stressin sonsuzluğa səbəb olduğunu göstərən bir araşdırma yoxdur. Nadir hallarda, yüksək səviyyədə stress bəzi qadınlarda hormonal dəyişikliklərə və nizamsız ovulyasiyaya səbəb ola bilər. Bəzi tədqiqatlar da həddindən artıq stresin qadınlarda boru tıxanmalarına və kişilərdə sperma ifraznın azalmasına səbəb olduğunu göstərmişdir.

Bəs sonsuzluq stressə səbəb olurmu?

Tədqiqatlar göstərir ki, sonsuzluqda müalicə olunan qadınlar xərçəng və ürək kimi həyati əhəmiyyətli problemləri olan qadınlar qədər stress altındadır. Reproduktiv çətinliklər yaşayan cütlüklər hər ay hamilə qalmaq ümidi ilə, daha sonra hamilə qalmadığı zaman xəyal qırıqlığı ilə xroniki stress keçirirlər.

Sonsuzluq nə üçün stress yaradır?

Sonsuzluq diaqnozu qoyulan cütlük bədənlərinin və həyat planlarının nəzarətləri altında olmadığını hiss edirlər. Sonsuzluq vacib bir yaşama məqsədi olan ana-ata olmaq arzusunu təhlükəyə atdığı üçün böyük bir mənəvi böhran yarada bilər. Əksər cütlüklər həyatlarını planlaşdırmağa vərdiş edir.Təcrübələri onlara göstərir ki, bir şey istəsələr və çox çalışsalar, əldə edə bilərlər. Lakin mövzu sonsuzluq olduqda bu özünü doğrultmur. Sonsuzluq analizləri və müalicələr fiziki, psixoloji və maddi cəhətdən stresli ola bilər. Sonsuzluğun müalicəsi zamanı cütlüyün şəxsi həyatının gizliliyi ciddi zərər görür və bu da gələcəkdə daha bir stress amilini yaradır. Sonsuzluqdan əziyyət çəkən xəstələrin öz işlərinə uyğun olaraq həkim müayinəsinin vaxtlarını təyin etmə səyləri də stresslərini artırır.

Sonsuzluq xesteliyi ve stress

Qadınlarda sonsuzluğun səbəbləri?

Sonsuzluq, tibbi dildə infertilitə, hazırkı dövrdə cütlüklərin övlad sahibi olmasına mane olan ən böyük problemlərdən biridir. Sonsuzluq nədir və qadın sonsuzluğun səbəblərini nələrdir kimi sualları hazırkı məqalədə cavabladıq.

Sonsuzluq bu gün bir çox cütlüyün uşaq sahibi olmasına mane olan bir problemdir. Ciddi müalicə tələb edən və bəzən müalicəyə müsbət cavab verilməməsi ilə nəticələnən xəstəliklərdən biridir. Sonsuzluq bir çox fərqli səbəbə görə baş verir. Sonsuzluğun səbəbləri bəzən ortaya çıxır və bəzən təəssüf ki, xəstəliyin bilinməyən səbəblər mövcud ola bilər.

Sonsuzluq nədir?

Tibbi səbəblərdən övlad sahibi olmamağın səbəbi olan sonsuzluq, müntəzəm cinsi əlaqəyə baxmayaraq bir il ərzində hamilə qala bilməmə halı kimi müəyyən edilir. Sonsuzluq həm kişilərin, həm də qadınların ortaq problemlərindən biridir. Qadın və kişi arasında eyni dərəcədə rast gəlinir.

Qadınlarda sonsuzluq nədən yaranır?

  • Yumurtalıq problemləri
    Qadın sonsuzluğu ilə bağlı aparılan araşdırmalar yumurtalıq problemlərinin qadın sonsuzluğunun ən çox rast gəlinin səbəbi olduğunu müəyyən etmişdir. Yumurtalıqlardakı problemlər səbəbindən qadınların hamilə qalma ehtimalı azalır. Polikistik yumurtalıq sindromu, toxum hüceyrəsi ehtiyatının az olması, tiroid xəstəliyi yumurtalıq pozğunluğuna səbəb olur.
  • Siqaretdən istifadə
    Qadınların siqaret çəkməsi sonsuzluğun səbəblərindən biridir. Siqaret sonsuzluq riskini artırır, xüsusən sonsuzluq müalicəsi zamanı qəti siqaret çəkilməməlidir. Sonsuzluqdan müalicə alan bir qadın müalicə zamanı siqaret çəkməsinə baxmayaraq hamilə qalsa belə, hamilələyin erkən itirilməsi riski yaranır.
  • Yaşın artması
    Qadınlarda yaş amili də önəmli rol oynayır. 20 yaşlarda hamilə qalmaq çox asandır. Lakin 30 yaşlarından sonra bu ehtimal olduqca aşağıdır.
  • Artıq çəki problemi
    Həddindən artıq çəki kimi bilinən piylənmə də qadın sonsuzluğunun səbəblərindən biridir. Son dövrdə piylənmə xəstəliyinin artması qadın sonsuzluğunun artması ilə mütənasib ola bilər.
  • Qidalanma pozğunluğu (Anoreksiya) xəstəliyi
    Həddin artıq az çəki də sonsuzluğun səbəblərindən biridir və mütləq müalicə olunmalıdır.
  • Vegeterian qidalanma
    Heç ət yeməyən vegetarian qadınlarda hamilə qalma şansı onu istehlak edənlərdən daha aşağıdır. Orqanizmin sağlam fəaliyyəti üçün dəmir, sink, fol turşusu, B-12 kimi vitaminlər də lazımdır. Bu qidalar əsasən ət qrupu məhsullarının tərkibində olur. Bu minerallar və vitaminlərin tərəvəz və meyvələrlə kifayət qədər qəbul edilməməsi orqanizmin funksiyasına problem olduğunu göstərir. Bu, sonsuzluğa səbəb olan bir
  • Hərəkətsizlik
    Məşq və idmandan uzaq olan və oturaq həyat tərzi keçirən qadınların hamilə qalma şansı daha azdır.
  • Həddindən artıq məşq
    İdmanla məşğul olmaq kimi həddindən artıq məşq də hamiləliyə mane olan və sonsuzluğa səbəb olan amillərdən
Yazının müəllifi
Firuze Ceferzade ginekoloq

Dr. Firuzə Cəfərzadə

Mama ginekoloq

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.
Oxşar yazılar